Zelenski: “Makron “Normand dördlüyü”nü süni tənəffüslə saxlayır”

“Normand dördlüyü” formatı komadadır.

Millitribuna.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Fransanın “Politique Internationale” jurnalına verdiyi müsahibədə deyib.

“Fransa prezidenti Emmanuel Makron onu süni tənəffüslə saxlayır, lakin proses açıq şəkildə komadadır. Bu prosesin ən yaxşı tərəfi atəşkəsdir ”, – deyə dövlət başçısı əlavə edib.

Qeyd edək ki, 2014-cü ildə Fransanın sabiq Prezidenti Fransua Ollandın təşəbbüsü ilə yaradılan və tərkibində Ukrayna, Rusiya, Almaniya və Fransa liderlərinin yer aldığı “Normand dördlüyü”nə böyük ümidlər bəslənsə də, bu günədək sözügedən məsələdə hər hansı razılıq əldə edilməyib. 2015-ci ilin fevralında bu format çərçivəsində keçirilən 17 saatlıq müzakirələrdən sonra “Minsk-2” razılaşması əldə edilib. Ötən müddətdə bu razılaşma çərçivəsində onlarla görüş keçirilib, lakin ciddi nəticə olmayıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir