Zelenski BMT Baş Assambleyasında onlayn çıxış edəcək


Ukrayna Prezidenti Volodimir Zelenski BMT Baş Assambleyasının yüksək səviyyəli həftə ərzində sammitində videomüraciətlə çıxış edəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa bildirib.

Təşkilat nümayəndəsi Vasili Nebenzyanın üzbəüz çıxışını tələb etdiyi Rusiyanın etirazlarını dəstəkləməyib. Qərar bir çox üzvlər tərəfindən dəstəklənib, ancaq Rusiya, Belarus, Kuba, Eritreya, Nikaraqua, Suriya, Şimali Koreya buna qarşı çıxdı. Səsvermə zamanı 19 ölkə bitərəf qalıb.

BMT Baş Assambleyası müvafiq qərar qəbul edərkən buna əsaslanıb ki, Zelenskiyə çıxışının əvvəlcədən qeydə alınmış variantını təqdim etməyə icazə verilməsi yüksək səviyyəli Assambleyanın sonrakı iclasları üçün presedent yaratmayacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.