Yeni ştammların simptomları yenidir

Dünyada koronavirusun yeni ştammlarının ortaya çıxması ilə xəstəliyin ilkin simptomları da dəyişməyə başlayıb.

Millitribuna.az xəbər verir ki, İngiltərədə aparılan araşdırmaya əsasən, virusun yeni variantları ilə xəstələnən və ya peyvənd olunsa da yoluxan şəxslərdə müxtəlif simptomlar müşahidə edilir. Artıq burun axması, baş ağrısı, asqırmaq, boğaz ağrısı və iy bilmənin itməsi son vaxtlar ən çox müşahidə edilən 5 simptomdur.

Mütəxəssislər bu simptomları özlərində müşahidə edənlərin peyvənd olunub-olunmamasından asılı olmayaraq test verməsinin vacibliyini vurğulayıblar.

Lakin “Mü” və “Delta” ştammlarına yoluxan insanlarda aşağıdakı simptomlar da müşahidə edilir.

Yüksək temperatur, üşümə, uzunmüddətli öskürək, iy bilmənin itməsi və ya dəyişməsi, dad bilmənin itməsi və ya dəyişməsi, baş ağrısı, yorğunluq, boğaz ağrısı, yaddaş pozğunluğu, dərinin zədələnməsi, ağız və dildə meydana gələn dəyişikliklər, əl və ayaq barmaqlarda qızartı və ya ağrı, nəfəs darlığı, sinə ağrıları, əzələ ağrıları, səs tutulması, ishal, iştahsızlıq, qarın ağrısı, burunun axması, asqıraq əlamətərini özündə müşahidə edənlər mütləq test verməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir