“YAŞAT” Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Millitribuna.az xəbər verir ki, indiyədək fondda 30 905 864,3 manat toplanıb.

Həmin vəsaitdən 16 432 809,55 manatı fiziki şəxslər, 14 473 054,75 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 17 965 368,66 manatı xərclənib. Vəsaitin qalığı isə 12 940 495,64 manatdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *