YAŞAT Fondu: “Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”

“Hazırda Türkiyədə 35 Vətən müharibəsi qazisinin müalicəsi davam etdirilir”.

Millitribuna.az-ın xəbərinə görə, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov deyib.

Onun sözlərinə görə, ümumilikdə, YAŞAT Fondunun maliyyə dəstəyi ilə 167 Vətən müharibəsi qazisi Türkiyədə müalicəyə göndərilib:

“Onlardan 132 nəfərinin müalicəsi tamamlanaraq türkiyəli mütəxəssislərin rəyi əsasında ölkəmizə qaytarılıb. Hazırda isə 35 qazimizin müalicəsi Türkiyədə davam etdirilir”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir