“YAŞAT” Fondu şəhid ailələri və qazilərə 63 milyon manatdan çox vəsait xərcləyib


Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.

Millitribuna.az xəbər verir ki, indiyədək fondda 74 147 333,6 manat toplanıb.

Həmin vəsaitdən 23 492 742,53 manatı fiziki şəxslər, 50 654 591,07 manatı isə hüquqi şəxslər tərəfindən ödənilib.

Fonda daxil olan vəsaitin 63 113 952,8 manatı xərclənib.

Vəsaitin hazırki qalığı isə 11 033 380,8 manatdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.