“Yaqub Zurufçunun vəziyyəti ağırdır” – Xanımı

“Koronavirusa yoluxan Əməkdar artist Yaqub Zurufçunun vəziyyəti ağırdır”.

Millitribuna.az xəbər verir ki, bu barədə APA-ya sənətçinin həyat yoldaşı Aynur Zurufçu məlumat verib:

“Yaqubun vəziyyəti yaxşı deyil, həkimlər ümidverici heç nə demir. Yaqubun əvvəllər böyrəklə bağlı hər hansı problemi olmayıb. Bu, koronavirusun fəsadıdir”.

Xatırladaq ki, Əməkdar artist Yaqub Zurufçu bir neçə gün əvvəl koronavirusa yoluxub. Onu dərhal “Yeni Klinika”nın reanimasiya şöbəsinə yerləşdiriblər. Həkimlər Y.Zurufçunun vəziyyətini stabil ağır olaraq qiymətləndirirlər.

Qeyd edək ki, Y.Zurufçunun müalicəsini Birinci vitse-prezident Mehriban Əliyeva nəzarətə götürüb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir