YAP-ın Veteranlar Şurasına yeni üzvlər qəbul olunub

Yeni Azərbaycan Partiyası (YAP) Veteranlar Şurasının tərkibinə kooptasiya yolu ilə (seçkili orqanın öz heyətinə seçkisiz olaraq yeni üzv daxil etməsi) yeni üzvlər daxil edilib.

Millitribuna.az-ın xəbərinə görə, bu barədə qərar partiyanın İdarə Heyətinin bu gün keçirilən iclasında verilib.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatının və yerli təşkilatlarının əsasnamələri təsdiq edilib.

Bununla yanaşı, iclasda YAP üzvlərinin qeydiyyatı və hesabatlılıq sisteminin yaradılması üçün maliyyə vəsaitinin ayrılmasına razılıq verilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir