«Yanıma çörək qoyub yatırdım»

«Yeşilçam» ulduzu Cüneyt Arkın sosial şəbəkədə gənclik fotosunu paylaşıb.

Millitribuna.az axşam.az-a istinadən xəbər verir ki, aktyor şəklə «Çox yaxşı yaşamısınız» şərhini yazan izləyicisinə belə cavab verib:

«Tibb fakültəsində oxuyarkən, iki il otel otağımı inşaat işçiləri ilə paylaşmışam. Məktəbə gedirdim, qalan vaxtımda isə inşaatda işləyirdim. İlk maaşımda çörək zavoduna gedib, bütün puluma çörək aldım. Çörəyi görəndə aclıq qorxum gedirdi, hüzurlu olurdum. İllər sonra da qaldığım otellərdə yanıma çörək qoyub, ancaq ona baxıb yatırdım».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *