Xalq artisti xəstəxanaya yerləşdirilib

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası, Xalq artisti Bəsti Cəfərova koronavirusa yoluxub.

Millitribuna.az xəbər verir ki, bu barədə report.az-a onun qızı Fidan Cəfərova məlumat verib.

Onun sözlərinə görə, anasının iki gün öncə verdiyi koronavirus testinin nəticəsi pozitiv çıxıb: «Altı gün idi özünü narahat hiss edirdi, hərarət, halsızlıq var idi. Bu gün cavab pozitiv çıxandan sonra “Yeni Klinika”ya yerləşdirdik. Mən özüm də test vermişəm, amma cavabım hələlik çıxmayıb».

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *