Xalq artisti Məmmədbağır Bağırzadənin adına «Youtube» kanalı açıldı — Video

Azərbaycanın xalq artisti, müğənni, bəstəkar Məmmədbağır Bağırzadənin adına «Youtube» kanalı abunəçilərin ixtiyarına verilib.

Bu barədə xalq artistinin oğlu, müğənni Rəhim Bağırzadə Millitribuna.az-a açıqlamasında deyib.

O, bildirib ki, «Məmmədbağır Bağırzadə» adı verilən kanal retro stildə hazırlanıb.

«Youtube» kanalında həftədə iki və ya üç dəfə olmaqla, xalq artistinin arxivinə məxsus videogörüntülərə və ifa etdiyi mahnıların yayımlanmasına yer veriləcək. Bununla yanaşı, kanal vasitəsilə Məmmədbağır Bağırzadənin həyat və yaradıcılığından da bəhs ediləcək.

Kanala abunə olmaq istəyənlər aşağıdakı linkə daxil ola bilərlər:

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *