“WhatsApp”da növbəti yenilik

“WhatsApp” messenceri səsli mesajlarla işləmək üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Millitribuna.az xəbər verir ki, söhbət audio mesajların oxudulmasını bir yarım, iki dəfə sürətləndirməkdən gedir.

Əvvəllər bu funksiya gələn səsli qeydlər üçün əlçatan idisə, artıq göndərilən səslərə də daha sürətli şəkildə qulaq asmaq mümkün olacaq.

Bu funksiya WhatsApp-ın iOS üçün son beta versiyada əlavə edilib və hazırda inkişaf etdirilir.

Yenilik daha sonra “Android”lər üçün də əlçatan olacaq.(oxu.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *