WhatsApp yeni funksiyanı test edir – Detallar

WhatsApp mesenceri iOS və Android əməliyyat sistemləri ilə çalışan telefonlar arasında çat tarixini köçürmək imkanı yaradan funksiyanı sınaqdan keçirir.

Millitribuna.az xəbər verir ki, bu barədə “WA BetaInfo” məlumat yayıb. Məlumata əsasən, yeni funksiya qarşılıqlı söhbətlərin, ismarıclar tarixinin, gələn faylların, qrup abunələrinin köçürülməsini təmin edəcək.

Hazırda isə bunu yalnız kənardan proqram yükləməklə etmək mümkündür.

Bunun səbəbi ehtiyat nüsxəsinin iOS ilə işləyən telefonlarda iCloud servisində, Android ilə işləyən telefonlarda isə Google Disc-lərdə saxlanılmasıdır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *