“Vaksindən sonra yoluxma bir neçə səbəbdən baş verir” — Nabil Seyidov


«Bu günə qədər ölkəmizdə 1 milyon 500 minə yaxın şəxs vaksinasiya olunub ki, bu da Azərbaycanda COVID-19 əleyhinə vaksinasiya prosesinin uğurla getməsindən xəbər verir. Lakin bu, insanları arxayınlaşdırmamalıdır. Çünki vaksin vurulandan müəyyən müddət sonra immunitet formalaşır və bu dövrə qədər özümüzü qorumalıyıq».

Millitribuna.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. O bildirib ki, vaksin olunan şəxslər immunitetin formalaşma dövrünə qədər virusa yoluxmaq riskinin davam etdiyini bilməlidirlər.

“Vaksindən sonra koronavirusa yoluxma bir neçə səbəbdən baş verə bilər. Birincisi, vaksindən sonra immun sisteminin cavab reaksiyası bəzən üç həftə, əksər hallarda isə 45-58 gün ərzində formalaşır. Yəni üç və ya altı həftə ərzində əgər həmin şəxs birinci dozadan sonra və hətta bəzən ikinci dozadan sonra COVID-19-a yoluxanlarla təmasda olduqda onlar sanki peyvənd olunmamış kimi həmin xəstəliyi keçirəcəklər, çünki hələ orqanizmdə immunitet formalaşmayıb. Peyvənd bizi tam qorumur, bu, o demək deyil ki, biz heç zaman virusa yoluxa bilməyəcəyik. Vaksin olunan şəxslər xəstəliyi yüngül keçirirlər, ölüm riski azalır. Kollektiv immunitet yaratmaq üçün xəstəliyi keçirən, peyvəndlənən və ya öz immunitetinə arxayın olanlar yenə də diqqətli olmalıdırlar. Sanitar və gigiyenik qaydalara ciddi əməl edilməsi yolu ilə təhlükəli xəstəliyə qalib gəlmək olar”, — deyə şöbə müdiri qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *