Vətən ətirli şəhid övladları – Video

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış yeni videoçarx Vətən müharibəsində şəhidik zirvəsinə ucalmış qəhrəmanlarımızın uşaqlarından bəhs edir.

Nazirlikdən verilən məlumata görə, “Vətən ətirli övladlarınız bizə əmanətdir!” videoçarxı Vətən müharibəsi şəhidləri Ramid Hacıyev, Teymur Abbasov, Sədi Musayev və Rövşən Nurzadənin uşaqlarının timsalında bütün şəhidlərimizin Vətən ətirli övladlarının bizə əmanət və onların daim diqqət və qayğı əhatəsində olacaqları mesajını çatdırır.

Uşaqların hər biri Vətənin bütövlüyü və xalqımızın möhtəşəm zəfəri, doğma torpaqlarımızın azadlığına qovuşması uğrunda canından keçən bir igidin övladı olduğunu qürurla, iftixarla, onlara yaraşan məğrurluqla söyləyir.

https://www.youtube.com/watch?v=f4kxNaZrht0

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir