Vəkillik fəaliyyəti ilə bağlı qaydalar dəyişdirilir

Azərbaycanda vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dəyişiklik edilir.

Millitribuna.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan «Vəkillər və vəkillik fəaliyyəti haqqında» qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə qanunda «vəkil qurumu» anlayışı dəqiqləşdirilir.

Belə ki, vəkil qurumu vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan vəkil (vəkillər) tərəfindən yaradılıb, bu qurumda fəaliyyət göstərən vəkillə hüquqi yardım göstərilən şəxs arasında müqavilə münasibətlərini əlaqələndirən hüquqi şəxsdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *