ÜST-ün baş direktoru İlham Əliyevə təşəkkür etdi

“BMT-nin İnsan Hüquqları Şurasında COVID-19 peyvəndlərinə bərabər, uyğun qiymətə, vaxtında və hamı üçün əlçatanlığın təmin edilməsi çağırışlarına liderlik etdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edirəm”.

Millitribuna.az xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus “Twitter” hesabında yazıb.

“Peyvəndlərin ədalətli bölüşdürülməsinin təmin edilməsi üçün daha çox iş görməli olduğumuzla bağlı sizinlə razıyam”, — deyə ÜST rəhbəri bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *