ÜST: “Omikron”un müasir versiyaları ümumi xüsusiyyətlərə malikdir”

Koronavirusun “omikron” ştamının müasir variantları yuxarı tənəffüs yollarında təkrarlanma və immunitetə qarşı davamlı olmaq qabiliyyəti kimi ümumi xüsusiyyətlərə malikdir.

Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) verilən məlumata görə, ölkələrin bununla əlaqədar hələlik ictimai səhiyyə tədbirlərində dəyişiklik etməsinə ehtiyac yoxdur.

ÜST-dən bildirilib ki, virusoloqlar və digər elm adamları “omikron”un yeni variantlarını izləyirlər: “Narahatlıq doğuran variant yalnız ictimai səhiyyə tədbirlərində dəyişiklik tələb edəcək dərəcədə ciddi olarsa, ona yeni ad veriləcək”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir