Ukrayna Finlandiya ilə əməkdaşlıq memorandumu imzaladı

Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalanıb.

Millitribuna.az xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyindən məlumat verilib.

Məlumata görə, ölkələr müxtəlifistiqamətlər üzrə təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

Rəqəmsal infrastrukturun qurulması və təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində birgə mübarizə, innovasiyaların və inklüziv rəqəmsal həllərin inkişafı və s. sahələri əhatə edən memorandumun ölkələr arasındakı münasibətləri yaxınlaşdırdığı vurğulanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir