UEFA transfer qaydalarını dəyişəcək

UEFA transfer qaydalarını dəyişməyi planlaşdırır.

Millitribuna.az xəbər verir ki, buna səbəb İngiltərə klubu “Çelsi”nin oyunçu keçidləri zamanı yararlandığı metodun digər klublar tərəfindən tənqid olunmasıdır.

Ukraynalı futbolçu Mixail Mudriki heyətinə qatan London təmsilçisi razılığa əsasən, transfer pulunu Donetsk “Şaxtyor”una 8 il ərzində hissə-hissə ödəyəcək. “Zadəganlar” bununla maliyyə feyr-pley qaydalarını pozmaqdan qurtulurlar.

FIFA-nın nizamnaməsinə görə, ödəniş maksimum beş ili əhatə edə bilər. Ancaq “Çelsi” bu mənada istisna olub. Qayda dəyişikliyi paytaxt klubunun son keçidlərinə şamil edilməyəcək.

Qeyd edək ki, “Çelsi” Mixail Mudriki “Şaxtyor”dan 70+30 milyon avroya transfer edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir