UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb


UEFA ötən mövsümün ən yaxşı futbolçusu adına namizədlərin qısaldılmış siyahısını açıqlayıb.

Millitribuna.az xəbər verir ki, siyahıda 3 oyunçu yer alıb. Bunlar İspaniya “Real Madrid”inin qapıçısı Tibo Kurtua və hücumçusu Kərim Benzema, İngiltərənin “Mançester Siti” klubunun yarımmüdafiəçisi Kevin de Brüynedir.

Qeyd edək ki, qalibin adı avqustun 25-də Çempionlar Liqasının qrup mərhələsinin püşkatma mərasimində açıqlanacaq. Tədbir Türkiyənin İstanbul şəhərində baş tutacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.