“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq”

Türkiyənin məşhur aktrisalarından olan Hande Soral çəkildikləri filmlər səbəbindən həyat yoldaşı, özü kimi aktyor İsmail Dəmirçi ilə uzun müddətdir görüşə bilmədiyindən danışıb. O, iki ildir ayrı-ayrı şəhərlərdə yaşadıqlarını deyib.

Millitribuna.az bildirir ki, bu barədə “Hurriyet” xəbər yayıb.

Aktrisa bu vəziyyətə görə çox çətinlik çəkdiklərini, ancaq müvəqqəti olduğu üçün səbr etdiklərini bildirib. Evliliyin münasibətlərə təsirindən danışdıqda isə Soral onlarda vəziyyətin başqa cür olduğunu deyib:

“Üç ildir evliyik, iki ildir ayrı yaşayırıq. Hələ ki, dəyişməyə vaxtımız olmayıb, yeni evli sayılırıq hələ”, — deyə o əlavə edib.

O, əri ilə birlikdə necə vaxt keçirdiklərindən də danışıb.

“O qədər uzun müddətdir ayrıyıq ki, birlikdə olduğumuz vaxt uzun-uzun söhbətlər edirik. Birlikdə seyr etmək üçün filmlər seçirik. Amma ən çox səyahətə çıxmağı xoşlayırıq”, — deyə aktrisa bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *