Üç cüdoçumuz “Böyük Dəbilqə”də mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha üçcüdoçusu Türkiyənin Antalya şəhərindəki “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

Millitribuna.az xəbər verir ki, hər iki kişi idmançımız 81 kq çəki dərəcəsində yarışacaq.

Belə ki, ötən ay Gürcüstanın paytaxtı Tbilisidə keçirilmiş analoji turnirdə bürünc medal qazanmış Murad Fətiyev 1/16 finalda Abılayxan Jubanazar (Qazaxıstan) / Damian Stepien (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

Eyni çəkidəki Zelim Tskayev isə 1/32 finalda Fetra Ratsimiziva (Madaqaskar) ilə qarşılaşacaq.

Həmçinin qadınların yarışında Günel Həsənli 70 kq çəki dərəcəsində mübarizəyə qoşulacaq. Onun rəqibi Maria Bernabeu (İspaniya) olacaq.

Qeyd edək ki, ilk yarış günündə 66 kq-da Nicat Şıxəlizadə bürünc medal qazanıb. Olimpiadaya lisenziya xalları verən yarışa aprelin 3-də yekun vurulacaq.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *