“Twitter”dəki yenilik ləğv edilib

“Twitter” sosial şəbəkəsində ötən ilin mart ayında təqdim edilmiş “Fleets” platformu bu gündən ləğv edilib.

Millitribuna.az xəbər verir ki, 24 saat müddətinə silinən foto və video yerləşdirmə platformu olan “Fleets” “İnstagram”dakı “Stories”in bənzəri kimi yaradılmışdı və ilkin olaraq Braziliyadakı məhdud istifadəçilər qrupu üçün açıq idi. Platform sonradan başqa ölkələri də əhatə etdi.

Ötən müddət ərzində bir sıra yeni funksiyaların da əlavə olduğu “Fleets” istifadəçilər arasında məşhurlaşmadığı üçün ləğv edilib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir