“Twitter”də yeni maraqlı funksiya işə salınır

“Twitter” mikrobloqlar xidmətində “Clubhouse” sosial şəbəkəsinə bənzər “Spaces” xidməti fəaliyyətə başlayacaq.

Millitribuna.az xəbər verir ki, bu barədə TASS xəbər yayıb.

Bildirilir ki, yeni funksiyanın sınanmasında şirkətin qurucusu Cek Dorsey iştirak edib.

Funksiyanın test nəticələri barədə hələ məlumat verilməyib.

Hazırda yeni xidmət “iOS” və “Android” əməliyyat sistemli cihazların məhdud sayda istifadəçiləri üçün mövcuddur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *