Türkiyənin tanınmış aktyoru vəfat edib


Türkiyənin tanınmış aktyoru İsmayıl İncekara oktyabrın 7-də 72 yaşında vəfat edib.

Millitribuna.az xəbər verir ki, bunu aktyor Zafer Algöz bildirib.

Qeyd edək ki, İ.İncekara 1950-ci ildə Bursada anadan olub. Ankara Dövlət Konservatoriyasını bitirib. Təhsilini başa vurduqdan sonra İstanbul Dövlət Teatrında fəaliyyətə başlayıb.

O, Türkiyə isethsalı olan bir sıra film və seriallarda yaddaqalan obrazlar yaradıb. Osman Sınavın çəkdiyi “Qurdlar vadisi” serialında İplikci Nedim obrazı ilə daha da məşhurlaşıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir