Türkiyədən yeni minatəmizləyən avadanlıqlar gətirildi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyə Respublikasından alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *