Türkiyədə Ramazan qadağaları açıqlanıb

Türkiyənin Daxili İşlər Nazirliyi “Ramazan tədbirlər” adı altında 11 maddəlik bildirişi ölkənin 81 əyalətindəki valiliklərə göndərib.

Millitribuna.az report.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində çadırlarda iftarlara icazə verilməyəcək.

Vətəndaşların kütləvi şəkildə toplanması, sahurda izdihamla insanların bir araya gəlməsi qadağan ediləcək. Ötən il olduğu kimi, bu il də Ramazan namazlarının (təravih) evlərdə qılınması davam edəcək. İftar zamanı pide və çörək satılan yerlərdə uzun növbələrin qarşısının alınması məqsədilə onların bişirilməsi iftardan bir saat əvvəl dayandırılacaq. Ziyarətgahlarda ara məsafələr gözləniləcək. İftardan üç saat əvvəl bələdiyyələr ictimai nəqliyyat vasitələrinin saylarını artıracaq. Ramazan ayı boyunca qəbiristanlıqlara giriş-çıxışlar planlaşdırılacaq, fiziki məsafə qaydaları nəzarət altına alınacaq. Bu ay boyu alış-veriş ticarət mərkəzlərində sosial məsafənin gözlənilməsi davam edəcək. Ramazan ayı gündəlik tələbat mallarının qiymətinin qaldırılmasında sui-istifadə hallarının qarşısı alınacaq.

Bu qaydaları pozanlar əyalət və rayon ümumi gigiyena şuralarının qərarları, «Baş Gigiyena» qanununa uyğun olaraq cəzalanacaqlar.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *