Türkiyədə müalicə olunan daha 2 qazimiz Vətənə qayıdıb

Ağır yaralanan iki qazimiz – Nəsirov Kənan Fizuli oğlu və İsmayılov Bəxtiyar Etibar oğlu Türkiyədə müalicələrini tamamlayaraq Vətənə qayıdıblar.

Millitribuna.az xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, onların müalicəsi ölkəmizin ixtisaslaşmış səhiyyə müəssisələrində davam etdiriləcək.

Xatırladaq ki, bu günə qədər 178 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 173-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də “YAŞAT” Fondu tərəfindən təmin edilir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir