Türkiyədə hərbi təyyarə qəzaya uğradı: Pilot öldü

Türkiyənin Konya vilayətində hərbi təyyarə qəzaya uğrayıb.

Millitribuna.az-ın məlumatına görə, qəza nəticəsində təyyarənin pilotu həlak olub.

Hadisə yerinə xilasedicilər cəlb edilib.

Məlum olub ki, təyyarə «Türk ulduzları» aviaakrobatika qrupuna məxsus NF-5 təyyarəsidir. Qəza təlim zamanı baş verib.

Türkiyə Milli Müdafiə Nazirliyinin hadisə ilə bağlı açıqlamasında qəzanın səbəbinin bilinmədiyi qeyd edilir. Həmçinin, məsələ ilə əlaqədar araşdırmalara başlanıldığı vurğulanır.(modern.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *