Türkiyə Qarabağda kənd təsərrüfatının inkişafına yardım etməyə hazırdır

“Türkiyə Azərbaycanın azad edilmiş ərazilərində kənd təsərrüfatının inkişafı üçün əlindən gələni edəcək”.

Millitribuna.az xəbər verir ki, bunu Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin nümayəndəsi Durali Koçak BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Bakıda keçirilən regional seminarında deyib.

Onun sözlərinə görə, Türkiyə və FAO həm Qafqazda, həm də Mərkəzi Asiyada balıqçılıq, su ehtiyatları sahəsində birgə müxtəlif layihələr həyata keçirir: “Bundan başqa, Türkiyə regionun flora və faunasının biomüxtəlifliyinin qorunmasına böyük diqqət yetirir”.

D.Koçak bildirib ki, BMT-nin məlumatına görə, bu gün, təxminən, 3 milyard insanın qidaya müntəzəm, lazımi qədər çıxışı yoxdur: “Bu problemlərin həlli üçün hərtərəfli əməkdaşlıq etməli, təcrübə mübadiləsi aparmalıyıq”.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir