Türkiyə lirəsinin məzənnəsi sabitləşib

Kəskin ucuzlaşmadan sonra Türkiyə lirəsinin ABŞ dollarına nisbətdə məzənnəsi 12 lirə səviyyəsində sabitləşib.

Millitribuna.az xəbər verir ki, Bakı vaxtı ilə saat 16.30 radələrində Türkiyə valyutasının ABŞ dollarına nisbətdə məzənnəsi 11,93 səviyyəsində ticarət olunub.

Xatırladaq ki, lirə son 1 il əzində təxminən 40% dəyər itirib. Son günlərdə məzənnə ABŞ dollarına nisbətdə 11,37-dən 13,21-ə düşərək yeni antirekorda imza atıb. Bu, son 20 ilin ən kəskin qiymət enişidir. Buna səbəb Türkiyə Mərkəzi Bankının uçot dərəcəsini 16 %-dən 15 %-ə endirməsi olub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *