Türkiyə ilə Rusiya əməkdaşlıq sazişi imzalaya bilər

Rusiyanın “Roskosmos” Dövlət Fəza Agentliyi Türkiyə peyklərini Rusiya daşıyıcı raketləri vasitəsilə fəzaya çıxarmaq məsələsinə dair bu ölkənin hökumətilə danışıqlar aparır.

Millitribuna.az xəbər verir ki, bunu fəzaya qaldırma fəaliyyətləri ilə məşğul olan “Glavcosmos” təşkilatının rəhbəri Dmitriy Loskutov bildirib.

Onun dediyinə görə, danışıqlarda ticari məqsədli peyklərin fəzaya çıxarılmasına dair əməkdaşlıq sazişi imzalamaq istiqamətində müzakirə aparılır.

Qeyd edək ki, 2014-2015-ci illərdə Rusiyanın “Proton-M” raketləri vasitəsilə Türkiyənin “Turksat 4A” rabitə peyki fəzaya qaldırılıb.

Bundan əvvəl Türkiyə Fəza Agentliyi (TUA) sədri Sərdar Hüseyn Yıldırım Rusiya ilə yaxın vaxtlarda fəzada əməkdaşlıq sazişi imzalamaq niyyətində olduqlarını açıqlayıb.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *