«Türkiyə ilə birgə fəaliyyət göstərəcəyimiz sahələr də var»

“Birlikdə fəaliyyət göstərə biləcəyimiz sahələr də, fərqli baxışlarımız da var”.

Millitribuna.az xəbər verir ki, bunu Ağ evin sözçüsü Cen Psaki ABŞ prezidenti Cozef Baydenlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında keçiriləcək görüşü şərh edərkən deyib.

Ərdoğan-Bayden görüşündən gözləntilərlə bağlı sualı cavablandıran C.Psaki deyib: “Konstruktiv şəkildə birlikdə fəaliyyət göstərməyin vacib olduğunu düşündüyümüz sahələr də var, böyük fikir ayrılıqlarımız da”.

Ağ evin sözçüsü iyunun 14-də keçirilməsi nəzərdə tutulan sammiti diplomatiya üçün bir fürsət kimi qiymətləndirib.

O, “Suriyaya oxşar” məsələlər də müzakirə ediləcəkmi” sualına cavabında bildirib: “Şübhəsiz, iki lider regional təhlükəsizlik məsələlərini, COVID-19 və iqtisadi sahə də daxil olmaqla qlobal cəmiyyətə təsir edən problemləri müzakirə edəcəklər. İkitərəfli görüş vaxtı daha çox detalları sizinlə paylaşacağıq”.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *