“Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir”

“1915-ci ildə Çanaqqalada çiyin-çiyinə necə savaşıblarsa, Nuru paşanın komandanlığındakı Qafqaz İslam Ordusunun igidləri də eyni duyğu ilə döyüşüblər”.

Millitribuna.az xəbər verir ki, bunu Türkiyənin ailə və sosial xidmətlər naziri Dərya Yanık Bakıdakı Türk Şəhidliyində xatirə dəftərində qeyd edib.

“Azərbaycanda şəhid olan əsgərlərimiz Türkiyə və Azərbaycan arasındakı güclü qardaşlıq əlaqələrinin heç vaxt sarsılmayacağının sübutudur. Bu gün Türkiyə-Azərbaycan qardaşlığı və dostluğu bütün dünyaya örnəkdir. Türkiyə həmişə qardaş Azərbaycanın yanında olacaq və hər mövzuda tərəddüdsüz dəstəyini göstərməyə davam edəcək”, – o bildirib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.