Toyvo Klaarın Azərbaycana səfəri planlaşdırılır

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toyvo Klaar yaxın gələcəkdə Azərbaycana səfər etməyi planlaşdırır.

Millitribuna.az xəbər verir ki, bu barədə Trend-ə xüsusi nümayəndənin mətbuat katibi Anri Dyüken bildirib.

Onun sözlərinə görə, T.Klaar artıq Errmənistan rəhbərliyi ilə bir sıra müşavirələr keçirmək üçün ölkəyə səfər edib.

“O həmçinin yaxın gələcəkdə analoji müşavirələr keçirmək üçün Bakıya da səfər etməyi planlaşdırır, lakin dəqiq tarix hələ təsdiqlənməyib”, – katib əlavə edib.

Xatırladaq ki, hələ bu yaxında Aİ-nin xüsusi nümayəndəsi Bakıya səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşərək Azərbaycan-Ermənistan münasibətlərini normallaşdırma səyləri, həmçinin mümkün növbəti addımlar mövsuzunda müzakirələr aparıb.

Bundan başqa, Avropa İttifaqının rəsmilərinin məlumatına görə, Aİ-nin 27 ölkəsinin xarici işlər nazirləri bugünkü iclasda Aİ-nin Ermənistana yeni missiyasını təsdiqləmək niyyətindədir ki, avropalı diplomatların fikrincə, bu da regionda vəziyyətin tənzimlənməsinə kömək etməlidir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir