Tibbi xidmətlərin ƏDV-dən azad edilməsi müddəti artırıldı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilib.

Millitribuna.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Dəyişikliyə əsasən, İcbari Tibbi Sığorta Fondunun vəsaiti hesabına tibbi xidmətlərin göstərilməsinin əlavə dəyər vergisindən (ƏDV) azad edilmə müddəti 2023-cü il yanvarın 1-dək artırılıb.

Qeyd edək ki, dəyişikliyə qədər bu müddət 2022-ci il yanvarın 1-dək göstərilirdi.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *