Tezliklə ucuz “iPhone” satışa çıxarıla bilər

Yaz aylarında baş tutacaq virtual təqdimatında Apple şirkəti büdcəli iPhone SE-nin yeni versiyasını təqdim edəcək.

Millitribuna.az xəbər verir ki, bu barədə “Bloomberg”in analitiki Mark Qurman köşə yazısında bildirib.

Yeni model 5G-ni dəstəkləyəcək, o, yeni prosessorla, çox güman ki, iPhone 13-dən A15-lə təchiz olunacaq.

Bundan əlavə, Apple şirkəti M1 Pro və M1 Max çipləri ilə 27 düymlük iMac və Mac mini nümayiş etdirə bilər.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *