Tarix institutu işçi axtarır

AMEA Tarix institutunda əvvəlki tarixi dövrlərdə tarixin nəzəri məsələləri, qədim və orta əsrlər tarixi üzrə, nəinki Azərbaycanda, o cümlədən onun hüdudlarından kənarda yüksək elmi nüfuza malik olan tarixçi və ya tarixçi-şərqşqnas alimlər nəsli fəaliyyət göstərib. Təəssüf ki, sonralar nəsillərin əvəz edilməsi kifayət qədər nəzərə alınmayıb. Nəticədə Tarix institutunda bu sahələr üzrə ciddi boşluq yaranıb.

AMEA-dan verilən məlumata görə, bunu nəzərə alan institut tarixin nəzəriyyəsi, Azərbaycanın Atropatena və Albaniya dövlətləri və orta əsrlər tarixinin bir sıra dövrləri üzrə (VII-IX və XIII-XIV əsrlər) tarixi araşdırmalara marağı olan gəncləri işə dəvət etməyi qərara alıb.

Bunun üçün müraciət edən gənclər magistraturanı bitirməli, seşdiyi problem və dövrlərin qaynaqları üzərində çalışmaq üçün müvafiq dil hazırlığına malik olmalıdır. Sənədlər 2021-ci il aprelin 30-dək təqdim edilə bilər. İşə qəbul institutun mütəxəssislərindən təşkil ediləcək komissiya tərəfindən həyata keçiriləcəkdir.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *