Tacikistan və Qırğızıstan prezidentləri danışıqlar apardı

Tacikistan prezidenti Emomali Rahmon və Qırğızıstan prezidenti Sadır Japarov arasında telefon danışığı baş tutub.

Millitribuna.az-ın məlumatına görə, bu barədə Tacikistan prezidentinin mətbuat xidməti bildirib.

Qeyd olunur ki, liderlər iki ölkə arasındakı sərhəddə atəşin tam dayandırılmasını və hərbi birləşmələrin geri çəkilməsini müzakirə edib.

Bundan başqa, Qırğızıstan və Tacikistan sərhədinin demarkasiyası və delimitasiyası ilə bağlı hökumətlərarası komissiyanın işə başlaması müzakirə olunub. Bu çərçivədə ilk görüşün mayın 1-də keçirilməsi nəzərdə tutulub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *