Tacikistan-Qırğızıstan qarşıdurmasına Ankaradan reaksiya

Türkiyə Qırğızıstan-Tacikistan sərhədində baş verən toqquşmadan narahatdır.

Millitribuna.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ümid edirik ki, iki dost və qardaş ölkə arasındakı gərginlik ağır nəticələrə yol vermədən tez bir zamanda sona çatacaq, problemlər dialoq və sülh yolu ilə həll olunacaq”, – Türkiyə XİN bəyan edib.

Qeyd edək ki, ötən gün Qırğızıstan-Tacikistan sərhədçiləri arasında silahlı toqquşma olub. İnsident nəticəsində 2 nəfər ölüb, azı 87 nəfər yaralanıb.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.