Tənqidlərdən sonra “Səs Azərbaycan”da dəyişiklik


İTV-də yayımlanan “Səs Azərbaycan” yarışması bu mövsüm yenidən efirə gedəcək.

Millitribuna.az xəbər verir ki, bu dəfə şounun adı dəyişdirilib. Belə ki, müsabiqə “Səs Azərbaycan: Doğma nəğmələr” adlanır. Yarışmada yalnız Azərbaycan mahnıları təqdim ediləcək. Bu haqda “12xal” məlumat yayıb.

Qeyd edək ki, bundan əvvəl İctimai TV-də yayımlanan “Səs Azərbaycan” yarışmasında iştirakçıların yalnız xarici mahnı oxumaları etirazlara səbəb olmuşdu. Hətta münsif kürsüsündə oturan Xalq artisti Brilliant Dadaşova da bunu dəfələrlə tənqid etmişdi.

Qeyd edək ki, sözügedən yarışmanın qalibi Nadir Rüstəmli olmuşdu. O, birincilik əldə edəndən sonra Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində təmsil edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir