Şuşaya səfər edəcək fotomüxbirlərin qeydiyyatına başlanılır

“Uşaq və Yeniyetmələrə Dəstək” (UYD) İctimai Birliyi “Shusha, the cultural capital of Azerbaijan, in photos” (Azərbaycanın mədəniyyət paytaxtı Şuşa fotolarda) adlı beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində iştirak etmək istəyən fotomüxbirləri müraciət etməyə dəvət edir.

Millitribuna  xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondunun “Şuşa ili” ilə bağlı elan etdiyi müsabiqədənkənar qrant müsabiqəsinin qalibi olan layihə Şuşanın tarixi və mədəni irsi, işğal dövründə ermənilər tərəfindən törədilən vandalizmi, gənclərin qayıdışa motivasiya olunması və Şuşada aparılan bərpa-quruculuq işləri ilə bağlı məlumatlılığın artırılmasının fotolar vasitəsi ilə həyata keçirilməsi ideyasını daşıyır. Layihənin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyədən olan gənc fotomüxbirlər vasitəsilə Şuşanın tarixinin və mədəni irsinin yerli, türk və gürcü gəncləri arasında təbliğ edilməsidir.

Layihədə iştirak etmək istəyən yerli fotomüxbirlər 15.11.2022-ci il 23:59-a qədər UYD ictimai birliyinin (@uydib) sosial şəbəkə hesablarından iştirak şərtləri ilə tanış olaraq qeydiyyat anketi ilə ( https://bit.ly/3FTuLlE ) müraciət edə bilərlər.

Məlumat üçün qeyd edək ki, tanınmış fotomüxbir Orxan Əzimin ekspert kimi iştirak etdiyi layihəyə Azərbaycan, Gürcüstan və Türkiyədən olan 10 gənc fotomüxbir cəlb olunacaq. Layihə çərçivəsində Bakı, Tbilisi, Marneuli, Bolnisi, İstanbul, Eskişehir və Antalya şəhərlərində Şuşanı əksetdirən fotolardan ibarət 9 sərginin keçirilməsi nəzərdə tutulur.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir