Şuşada 15 binanın inşasına dair tender elan olundu

Şuşa şəhərində növbəti 15 yaşayış binasının inşasına dair açıq tender elan olunub.

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsindən verilən məlumata görə, inşası nəzərdə tutulan 15 binanın 3-5 mərtəbəli olmaqla, şəhərin Baş planına uyğun və avto dayanacaqla təmin olunması nəzərdə tutulur.

Bildirilib ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi şəhərdə salınacaq 23 binalı yaşayış massivinin qalan 15 binasının inşası üzrə açıq tender elan edib. Tenderə tikinti sahəsində müvafiq lisenziyası və təcrübəsi, maddi-texniki bazası olan şirkətlər dəvət olunur.

Şirkətlər 9 avqust 2022-ci il tarixə kimi hüquqi sənədləri, təklifi və təklifin təminatı sənədlərini isə 18 avqust 2022-ci il tarixə kimi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yollaya bilərlər.

Xatırladaq ki, 23 iyun tarixində Şuşa şəhərində salınan yaşayış massivinin 8 binasının inşasına dair tenderin qalibi ictimaiyyətə elan olunub.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.