Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq

«Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq».

Millitribuna.az xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov «Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi» konfransında çıxışı zamanı deyib.

«Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək», — nazir qeyd edib.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *