İtaliya Futbol Federasiyası ölkə Super Kubokunun formatını dəyişib.
Millitribuna.az xəbər verir ki, A Seriyasının yaydığı açıqlamaya görə, yarış “dördlər finalı” şəklində oynanılacaq. Mini-turnirdə ölkə çempionatının qızıl və gümüş mükafatçıları və İtaliya Kubokunun finalçıları iştirak edəcəklər.
Super Kubokun növbəti il yeni formatda oynanılmasına qərar verilib. Bunun sonrakı mövsümlər üçün keçərli olub-olmayacağı bəlli deyil.
Titulun son sahibi “İnter”dir.
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app