Şumaxer: “Azərbaycan Qran-prisini səbrsizliklə gözləyirəm”

“Bakıdakı tras Monakodakından fərqlidir. Azərbaycandakı yarışı səbrsizliklə gözləyirəm”.

Millitribuna.az-ın məlumatına görə, bu fikirləri “Formula 1” üzrə dünya çempionatında çıxış edən “Haas” komandasının pilotu Mik Şumaxer Azərbaycan Qran-prisi barədə danışarkən deyib.

22 yaşlı sürücü Bakıdakı trasın möhtəşəm olduğunu bildirib: “2019-cu ildə burada “Formula 2″də yarışdım, möhtəşəm idi. Mübarizəyə yaxşı start vermək önəmlidir. Rəqiblərdən geri qalmamaq üçün sıralama turlarında yaxşı nəticə göstərməlisiniz”.

Mik Şumaxer Bakıda ilk dəfə “Formula 1” bolidi ilə yarışacağını sözlərinə əlavə edib: “Bu bolidlər “Formula 2″dəki maşınlardan daha sürətlidir. Əvvəl bu trasda yaxşı çıxış etmişəm və podiuma çıxmaq şansım var idi. Sıralamada səhvə yol verdim və kənarda qaldım. Bazar günü isə həlledici mərhələdə 5-ci yerlə kifayətləndim”.

Qeyd edək ki, Azərbaycan Qran-porisi 4 – 6 iyunda keçiriləcək.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir