“Sony” yeni smartfonunu təqdim etdi

“Sony Corporation” şirkəti “Xperia1” aparıcı smartfonunun üçüncü nəsli “Xperia1 III”ü təqdim edib.

Millitribuna.az xəbər verir ki, video formatda keçirilən təqdimata görə, sələfi kimi 21 / 9 ölçülü olan 4K çözümlü, 120 Gz tezlikli 6,5 düyümlük AMOLED ekranı olan yeni smartfon 5G modemi olan “Qualcomm Snapdragon 888” prosesoru ilə təchiz olunub. 12 GB RAM, 256 MB ROM yaddaşına malik cihazın yaddaş kartı və qulaqlıq girişi olan slota da malik olan yeganə top smartfon olması da diqqətəlayiqdir.

Ön kamera bloku 12 MP-lik üç və 0,3 MP-lik kameralarından ibarət, 8 MP-lik arxa kamerası olan “Xperia1 III” həmçinin 4500 mAh batareya və 30 Vt-lıq simli və simsiz adapterlə də təchiz olunub.(report)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Добавить комментарий

Ваш адрес email не будет опубликован. Обязательные поля помечены *