Siyəzəndə yol qəzası: ölən var

Siyəzəndə yük maşını ilə minik avtomobili toqquşub, ölən var.

Millitribuna.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, hadisə mayın 11-i saat 23 radələrində Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran rayon sakini, 1988-ci il təvəllüdlü Elçin Yaşar oğlu Hacıyevin idarə etdiyi “BMW” markalı minik avtomobili ilə Quba rayon sakini, 1959-cu il təvəllüdlü Məhiyyədin Əliyevin idarə etdiyi “KamAz” markalı yük maşını toqquşub. Nəticədə “BMW” markalı minik avtomobilinin sürücüsü E.Hacıyev hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.