“Şeymadan mən ayrıldım” – Misirli iş adamı

Türkiyənin məşhur fenomeni Şeyma Subaşı ilə eşq yaşayan misirli iş adamı Mohammed Alsaloussi münasibətləri haqda sualları cavablandırıb.

Millitribuna.az xəbər verir ki, biznesmen ayrılma qərarını özü verdiyini bildirib.

“Hər şeyin bitməsini istəyən mən idim. Şeymaya kredit kartımı vermişdim, bütün xərclədiklərinin siyahısı məndə var. Bütün xərclərin, ziynət əşyalarının qiymətinin yer aldığı çekləri göndərmişəm. Bank hesabımdan Şeymaya verdiyim kart ondadır. Şeymanın hər ay nə qədər xərclədiyini dostum yazıb saxlayıb. Haqqımda dələduz dedilər, bu da məni incitdi.

Anam noyabrda dünyasını dəyişib. Şeyma ilə anam ölməzdən bir az əvvəl tanış olmuşdum. Dekabrda münasibətimiz daha da yaxşılaşdı. İçimdə böyük boşluq var idi, çünki anama çox bağlı idim.Şeyma ilə tanış olanda mənə qayğı göstərdi. Bundan xoşum gəldi. Melisa möhtəşəm övladdır. İçimdəki boşluğu, ailə hissini onlarla doldurdum. Zaman keçdikcə, anladım ki, Şeyma və mənim aramda uyğunsuzluq var. O, mənim xoşuma gəlməyən fərqli bir həyat tərzi yaşayır”.(axsam.az)

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz və eşitdiyiniz hər hansı bir maraqlı məlumatı saytın bu nömrəsinə göndərə bilərsiniz: (+994 55) 212 35 55 What's app

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir